HUZEYF İBN YƏMANİNİN ZİYARƏTİ
Kəsra tavanında namaz qıldıqdan sonra yaxşı olar ki, hörmətli zəvvar Rəsulallahın (s) səhabəsi və Əmirəl-möminin (ə) ən yaxın dostlarından olan Huzeyfə ibn Yəmanın ziyarətinə getsin. O, münafiqləri tanıyır və adlarını bilirdi. Belə ki, o, kimin dəfnində iştirak etməzdisə, ikinci xəlifə də həmin kəsə namaz qılmazmış.
O, uzun müddət ikinci xəlifə tərəfindən Mədain şəhərinin valisi olmuşdur. Sonra xəlifə onu valilikdən kənarlaşdırmış və Salmanı ora vali təyin etmişdir. Salman vəfat etdikdən sonra o, Əmirəl-möminin (ə) xəlifəliyinədək yenidən Mədainin valisi olmuşdur. Əmirəl-möminin (ə) xilafətə gəldikdə Huzeyfəyə və Mədain əhalisinə bir məktub yollayır. Həmin məktubda həm Əmirəl-mömininin (ə) xilafətə gəldiyi, həm də Huzeyfənin Mədain valiliyində qaldığı ona və Mədain əhalisinə çatdırılır. Lakin Əmirəl-möminin (ə) "Cəməl əshabı"nın fitnəsini yatırmaqdan ötrü Mədinədən Bəsrəyə tərəf hərəkət etdikdə, Kufəyə daxil olmazdan öncə Huzeyfə dünyasını dəyişir və o həzərti görə bilmir.
MƏDAİNİN "CAMİ" MƏSCİDİNDƏ NAMAZ QILMAQ
Cənab Salmanın məzarı yaxınlığında Mədainin Cami məscidi yerləşir. Bu məscid İmam Həsən Əsgəriyə (ə) mənsubdur: ya bu məscid o həzrətin əmri ilə tikilmiş, yaxud da o həzrət burada namaz qılmışdır. Yaxşı olar ki, hörmətli zəvvar burada iki rəkət namaz qılsın və bu savabdan məhrum qalmasın.