EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAMZADƏ HƏMZƏ
Ağa Cəmaluddin "Həzrət Əbdul-Əzim Həsəninin (ə) ziyarəti"nin davamında yazır: Bu ziyarəti İmam Musa Kazimin (ə) oğlu imamzadə Həmzə üçün (onun qəbri Həzrət Əbdul-Əzimin qəbri yaxınlığında yerləşir) də oxumaq olar. (Əlbəttə, "Salam olsun sənə ey Əbul-Qasim" və ondan sonra gələn cümləni ixtisar etmək şərti ilə.)
İmamzadə Həmzənin hərəmində böyük müfəssir Əbul-Futuh Razi Hüseyn ibn Əli Xuzainin qəbri və Rey şəhərində İbn Babuvəyh adı ilə tanınan Şeyx Səduqun qəbri yerləşir. Bu qəbirləri də ziyarət etmək möminlərə tövsiyə olunur.