EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
HƏZRƏT HƏMZƏNİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
1. Fəxrul-muhəqqiqin "ən-Niyyəh" kitabında Həzrət Rəsulallahın (s) bir hədisini qeyd etmişdir. Həzrət Rəsulallah (s) həmin hədisdə buyurur: "Kim məni ziyarət etsə, amma əmim Həmzəni ziyarət etməsə, mənə cəfa etmişdir".
2. Muhəddis Qummi "Beytul-əhzan" kitabında nəql edir ki, Xanım Fatimə-Zəhra (s.ə) atasının vəfatından sonra hər həftə bazar ertəsi və cümə axşamı günləri Həzrət Həmzənin və Ühüd şəhidlərini ziyarətinə gedər, orada namaz qılıb dua edərmiş. O, dünyadan köçənə qədər bu əməli tərk etməyib.
Ravilərdən biri deyir ki, o məqamı uca qadın Həzrət Həmzənin qəbri üstünə gedər və ağlayarmış. Günlərin birində mən Həzrət Həmzənin ziyarətinə getdim və gördüm ki, o xanım Həmzənin qəbri üstündə ağlayır. Mən gözlədim, ta ağlayıb dayandı. Ona yaxınlaşıb salam verdim və dedim: "Ey qadınların sərvəri, and olsun Allaha ki, bu ağlamağınızla ürəyimi partlatdınız." Xanım buyurdu: "Mən ağlamalıyam, çünki ən yaxşı bir atanı itirmişəm." Sonra buyurdu: "Bir şəxs vəfat etdikdən sonra az yad edilər, amma and olsun Allaha, vəfatından sonra atam daha çox yad edilir."
3. Şeyx Mufid yazır: "Həzrət Rəsulallah (s) həyatda ikən Həmzənin qəbrini ziyarət etməyi əmr etmişdi. O həzrətin özü də Həmzənin və başqa şəhidlərin ziyarətinə gedərdi. Xanım Fatimə-Zəhra (s.ə) atasının vəfatından sonra (təsəlli tapmaq üçün) hər gün səhər və axşam Həzrət Həmzənin qəbrini ziyarət edərdi. Müsəlmanlar da hər zaman Həmzənin qəbrini ziyarət edərdilər".