EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
KUFƏ MƏSCİDİNDƏ QILINAN HACƏT NAMAZI
İmam Sadiq (ə) buyurmuşdur ki, hər kim Kufə məscidində iki rəkət namaz qılsa və namazın hər rəkətində Fatihədən sonra Nas, Fələq, İxlas, Kafirun, Nəsr, Əla və Qədr surələrini oxusa, namazı qılıb qurtardıqdan sonra Allahdan dilədiyi hər hacəti Allah həyata keçirər və duasını qəbul edər.
Unutmayın ki, əgər hötmətli zəvvarın bütün bu əməlləri yerinə yetirməyə kifayət qədər vaxtı olmazsa, onlardan bəzilərini yerinə yetirə bilər. Əsas odur ki, bu məkanda Allahla rabitə qurmaq, Onu çağırmaq və Onunla minacat etmək halı yaransın onda.