EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM KAZİM (Ə) VƏ İMAM CAVADIN MÜŞTƏRƏK ZİYARƏTİ
BİRİNCİ ZİYARƏT: İbn Quləvəyh, Şeyx Kuleyni və Şeyx Tusi İmam Hadidən (ə) nəql edirlər:
Əvvəlcə İmam Musa Kazimin (ə) qəbri müqabilində dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ فِيْ ظُلُمَاتِ الْاَرْضِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ بَدَا لِلّٰهِ فِيْ شَأْنِهِ
اَتَيْتُكَ زَاۤئِرًا
عَارِفًا بِحَقِّكَ
مُعَادِيًا لِاَعْدَاۤئِكَ
مُوَالِيًا لِاَوْلِيَاۤئِكَ
فَاشْفَعْ [اشْفَعْ‏] لِيْ عِنْدَ رَبِّكَ يَا مَوْلَايَ۔
Sonra dua et və istəklərini dilə.
Daha sonra üzü İmam Cavadın (ə) qəbrinə tərəf dayan və həmin ziyarəti ona xitabən təkrar et. Bu ziyarət tam mötəbər bir ziyarətdir.
İKİNCİ ZİYARƏT: Şeyx Mufid, Şeyx Şəhid və Məhəmməd ibn Məşhədi yazırlar:
Bu iki İmamı (ə) ziyarət etmək üçün pak zərihin müqabilində dayan və hər ikisinə xitabən de:
اَلسَّلَامُ عَلَيْكُمَا يَا وَلِيَّيِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكُمَا يَا حُجَّتَيِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكُمَا يَا نُوْرَيِ اللّٰهِ فِي ظُلُمَاتِ الْاَرْضِ
اَشْهَدُ اَنَّكُمَا قَدْ بَلَّغْتُمَا عَنِ اللّٰهِ مَا حَمَّلَكُمَا
وَ حَفِظْتُمَا مَا اسْتُوْدِعْتُمَا
وَ حَلَّلْتُمَا حَلَالَ اللّٰهِ
وَ حَرَّمْتُمَا حَرَامَ اللّٰهِ
وَ اَقَمْتُمَا حُدُودَ اللّٰهِ
وَ تَلَوْتُمَا كِتَابَ اللّٰهِ
وَ صَبَرْتُمَا عَلَى الْاَذٰى فِيْ جَنْبِ اللّٰهِ
مُحْتَسِبِيْنِ حَتّٰىۤ اَتَاكُمَا الْيَقِيْنُ
اَبْرَاُ اِلَى اللّٰهِ مِنْ اَعْدَاۤئِكُمَا
وَ اَتَقَرَّبُ اِلَى اللّٰهِ بِوِلَايَتِكُمَا
اَتَيْتُكُمَا زَاۤئِرًا
عَارِفًا بِحَقِّكُمَا
مُوَالِيًا لِاَوْلِيَاۤئِكُمَا
مُعَادِيًا لِاَعْدَاۤئِكُمَا
مُسْتَبْصِرًا بِالْهُدَى الَّذِيۤ اَنْتُمَا عَلَيْهِ
عَارِفًا بِضَلَالَةِ مَنْ خَالَفَكُمَا
فَاشْفَعَا لِيْ عِنْدَ رَبِّكُمَا
فَاِنَّ لَكُمَا عِنْدَ اللّٰهِ جَاهًا عَظِيْمًا
وَ مَقَامًا مَحْمُوْدًا۔
Sonra pak zərihi öp və sağ üzünü onun üzərinə qoy. Daha sonra qəbrin baş tərəfində dayan və de:
اَلسَّلَامُ عَلَيْكُمَا يَا حُجَّتَيِ اللّٰهِ فِيۤ اَرْضِهِ وَ سَمَاۤئِهِ
عَبْدُكُمَا وَ وَلِيُّكُمَا زَاۤئِرُكُمَا
مُتَقَرِّبًا اِلَى اللّٰهِ بِزِيَارَتِكُمَا
اَللّٰهُمَّ اجْعَلْ لِيْ لِسَانَ صِدْقٍ فِيۤ اَوْلِيَاۤئِكَ الْمُصْطَفَيْنَ
وَ حَبِّبْ اِلَيَّ مَشَاهِدَهُمْ
وَ اجْعَلْنِيْ مَعَهُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra hər İmam (ə) üçün iki rəkət ziyarət namazı qıl və Allahdan istəklərini dilə.
Mərhum Mühəddis Qummi bu ziyarəti nəql etdikdən sonra deyir: Bu ziyarətlərin yığcam və müxtəsər olmasının səbəbi həmin dövrdə mövcud olan güclü təqiyyə idi. İmamlar (ə) şiələrin o dövrün tağutlarının təcavüzündən amanda qalmaları üçün bu ziyarətləri müxtəsər bəyan etmişlər. İndiki dövr təqiyyə dövrü olmadığı üçün zəvvar uzun bir ziyarətnamə oxumaq istədikdə, "Camiə-Kəbirə" ziyarətini oxuya bilər. (Həmçinin "Əminullah" ziyarətini də oxuya bilər.)