CƏMADİUS-SANİ AYININ ÜÇÜ
3, 4 və 5 cəmadius-sani: Bir sıra rəvayətlərə görə Xanım Fatimə-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf edir. Böyük alimlər bu günlərə xüsusi əhəmiyyət vermişlər.
Bu gün Xanım Fatimə-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə o xanımı ziyarət etmək bəyənilir. Mərhum Seyid İbn Tavus "İqbal" kitabında o xanım üçün aşağıdakı ziyarəti qeyd etmişdir:
اَلسَّلَامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ اَجْمَعِيْنَ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمَظْلُوْمَةُ الْمَمْنُوْعَةُ حَقَّهَا
اَللّٰهُمَّ صَلِّ عَلٰۤى اَمَتِكَ
وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ
صَلَاةً تُزْلِفُهَا فَوْقَ زُلْفٰى عِبَادِكَ الْمُكَرَّمِيْنَ
مِنْ اَهْلِ السَّمَاوَاتِ وَ اَهْلِ الْاَرَضِيْنَ۔
Seyid İbn Tavus davamında qeyd edir: Hədisdə buyurulur ki, hər kim bu cümlələrlə Xanım Fatimə-Zəhranı (s.ə) ziyarət edərsə və Allahdan bağışlanma diləyərsə, Allah onun günahlarını bağışlayar və onu Cənnətə daxil edər.