Hər ay başlananda Allahdan həmin ay ərzində salamatlıq və uğur diləmək lazımdır. Dua kitablarında ayın əvvəlində yerinə yetirilən müəyyən əməllər qeyd olunmuşdur. Bu əməllər – namaz, dua və zikrlər – məxluqla Xaliq arasındakı bağı daha da möhkəmləndirir və insan Allahın fənaya uğramayan qüdrətinə sığınır. Heç şübhəsiz, Allaha yönəlmə və dua, bir çox çətinliklərin həllinə və bir çox bəlaların uzaqlaşmasına səbəb olacaqdır. Hər ayın əvvəlində yerinə yetirilən müştərək əməllər bunlardır:
3. Hər ayda üç gün oruc tutmaq təkidlə tövsiyə olunubdur. Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır: "Məşhur nəzər budur ki, bu üç gün ayın birinci cümə axşamı günü (pəncşənbə), ayın axırıncı cümə axşamı günü və ayın ikinci ongünlüyündəki birinci çərşənbə günüdür." Şaban ayının hamısını oruc tutmaq, qalan on ayda isə ayın üç gününü oruc tutmaq sünnədir. Əgər bir kəs bunu öz vaxtında yerinə yetirə bilməsə, onun qəzasını yerinə yetirə bilər. Hətta əgər həmin günlər yay aylarına düşsə və oruc tutmaq çətin olsa, bunun qəzasını qışda yerinə yetirə bilər.
Hədislərin birində İmam Sadiq (ə) buyurur: "Hər kim bu üç gündə oruc tutsa, çalışsın ki, heç kimlə mübahisə etməsin və bədrəftar olmasın. Əgər kimsə ona qarşı hörmətsizlik edərsə, göz yumsun. Əgər bu günlərdə mömin qardaşının evinə getsə və mömin qardaşı ondan orucunu açmasını istəsə, möminin dəvətini qəbul etmək və iftar etmək orucu saxlamaqdan yetmiş dəfə üstündür." Bir sözlə hər ayda üç gün (qeyd olunan günlərdə) oruc tutmağın böyük savabı vardır və təkidlə tövsiyə olunmuşdur.
4. Hər ayın birinci günü iki rəkət namaz qılınır: birinci rəkətdə Fatihədən sonra otuz dəfə (ayın günlərinin sayı qədər) İxlas surəsi, ikinci rəkətdə Fatihədən sonra otuz dəfə Qədr surəsi oxunur. Namazdan sonra Allah yolunda sədəqə verilir. (Əgər sədəqə düşən bir kəs olmasa, sədəqəni kənara qoyun.) Bəzi hədislərdə qeyd olunur ki, hər kim belə edərsə, həmin ayda öz salamatlığını Mütəal Allahdan almışdır. Bəzi hədislərdə qeyd olunur ki, ayın əvvəlində qılınan namazdan sonra aşağıdakı duanı da (belə ki, bu duada Quran ayələri yer almışdır) oxuyun: