ŞABAN AYININ BİRİNCİ GÜNÜ
Bu gündə oruc tutmağın böyük savabı vardır. İmam Sadiq (ə) buyurmuşdur ki, hər kim şaban ayının birinci günü oruc tutsa, Cənnət ona vacib olar.
Seyid İbn Tavus "İqbal" kitabında Həzrət Rəsulallahın (s) bu hədisini qeyd edir: "Hər kim şaban ayının ilk üç gününü oruc tutsa və bu günün gecələrini ibadətlə keçirsə, həmçinin iki rəkət namaz qılıb hər rəkətdə bir dəfə Fatihə və on beş dəfə İxlas surəsini oxusa, Allah göy və yer əhlinin şərini, İblisin və hər zalım hökmdarın şərini ondan uzaqlaşdırar, onun bir çox günahlarını bağışlayar."