Ramazan ayının gecələri ərzində min rəkət namaz qılın. Bu namazın qılınma qaydası barədə müxtəlif hədislər vardır, lakin Əli ibn Mehranın İmam Cavaddan (ə) nəql etdiyi və böyük alimlərin əksəriyyətinin qəbul etdikləri hədisdə belə buyurulur:
Ramazan ayının birinci və ikinci ongünlüyündə hər gecə iyirmi rəkət (iki rəkət-iki rəkət) namaz qılın: onun səkkiz rəkətini məğrib namazından sonra və on iki rəkətini işa namazından sonra qılın. Ramazan ayının üçüncü ongünlüyündə hər gecə otuz rəkət namaz qılın: onun səkkiz rəkətini məğrib namazından sonra və iyirmi iki rəkətini işa namazından sonra qılın. Bunlar birlikdə yeddi yüz rəkət edir. Üç yüz rəkəti isə Qədr gecələrində qılın, yəni on doqquzuncu gecədə yüz rəkət namaz qılın (öncədən məğrib və işa namazlarından sonra iyirmi rəkəti də qılmalıdır), iyirmi birinci gecədə yüz rəkət namaz qılın (qeyd olunun otuz rəkət də öncədən qılınmalıdır), iyirmi üçüncü gecədə yüz rəkət namaz qılın (qeyd olunan otuz rəkət də öncədən qılınmalıdır). Beləliklə, min rəkət namaz tamamlanır.
Möminlərə tövsiyə olunur ki, imkan daxilində bu namazı unutmasınlar.
Rəvayətlərdə qeyd olunur ki, Ramazan ayında hər iki rəkət nafilə namazlarından sonra bu duanı oxumaq tövsiyə olunur: