RAMAZANIN İYİRMİ BİRİNCİ GECƏSİ
1) Bu gecənin fəziləti on doqquzuncu gecədən daha çoxdur. Qədr gecələrinin müştərək əməllərini bu gecədə daha böyük hüzuri-qəlblə yerinə yetirin. Hədislərdə bu gecənin qüslünü etmək, əhya saxlamaq, ibadətlə məşğul olmaq təkidlə buyurulmuş və vurğulanmışdır ki, Qədr gecəsi iki gecədən (21-ci və 23-cü gecələr) biridir. Bir neçə hədisdə oxuyuruq ki, səhabələr Məsumdan (ə) iki gəcədən hansı birinin Qədr gecəsi olduğunu müəyyən etməsini istədikdə o, belə buyurdu: "İstəklərin üçün hər iki gecəni əhya saxlamaq elə də çətin iş deyil."
2) Maraqlısı budur ki, Şeyx Səduq "Əmali" kitabında belə yazır: "İmamiyyə məzhəbinin göstərişlərindəndir ki, ... kim bu iki gecəni elmi söhbətlər aparmaqla keçirsə, hər ibadətdən üstündür."
3) Şeyx Mufid qeyd edir ki, bu gecədə Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərin, onlara zülm edən və onların haqqlarını qəsb edənlərə lənət yağdırın, xüsusilə də Əmirəl-möminin Əlinin (ə) qatilinə lənət oxuyun, həmçinin özünüz, ata-ananız və başqa möminlər üçün dua edin.