RAMAZAN AYININ GECƏLƏRİNİN NAMAZLARI
Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında ramazan ayının əməllərinin axırıncı fəslində ramazan ayının gecələrinin namazlarını bu qaydada bəyan etmişdir (nəzərə alsaq ki, mübarək ramazan ayında ən yaxşı əməl namaz qılmaq və Quran oxumaqdır, bu namazlar bir çox Quran surələrini əhatə edir. Kim neçə gecənin namazlarını qılsa, qənimətdir):
Birinci gecənin namazı: Dörd rəkətdir və hər rəkətdə Fatihədən sonra on beş dəfə İxlas surəsi oxunur.
İkinci gecənin namazı: Dörd rəkətdir və hər rəkətdə Fatihədən sonra iyirmi dəfə Qədr surəsi oxunur.
Üçüncü gecənin namazı: On rəkətdir və hər rəkətdə Fatihədən sonra əlli dəfə İxlas surəsi oxunur.
Dördüncü gecənin namazı: Səkkiz rəkətdir və hər rəkətdə Fatihədən sonra iyirmi dəfə Qədr surəsi oxunur.
Beşinci gecənin namazı: İki rəkətdir və Fatihədən sonra əlli dəfə İxlas surəsi oxunur. Namazın salamından sonra yüz dəfə salavat deyin.
Altıncı gecənin namazı: Dörd rəkətdir və hər rəkətdə Fatihədən sonra "Mulk" surəsi oxunur.
Yeddinci gecənin namazı: Dörd rəkətdir və hər rəkətdə Fatihədən sonra on üç dəfə Qədr surəsi oxunur.
Səkkizinci gecənin namazı: İki rəkətdir və hər rəkətdə Fatihədən sonra on dəfə İxlas surəsi oxunur. Namazın salamından sonra min dəfə "Subhanəllah" zikrini deyin.
Doqquzuncu gecənin namazı: Altı rəkətdir və məğrib ilə işa namazı arasında qılınır. Hər rəkətdə Fatihədən sonra yeddi dəfə "Ayətəl-kürsi" oxunur. Namazları qılıb qurtardıqdan sonra əlli dəfə salavat deyin.
Onuncu gecənin namazı: İyirmi rəkətdir və hər rəkətdə Fatihədən sonra otuz dəfə İxlas surəsi oxunur.
On birinci gecənin namazı: İki rəkətdir və hər rəkətdə Fatihədən sonra iyirmi dəfə Kövsər surəsi oxunur.
On ikinci gecənin namazı: Səkkiz rəkətdir və hər rəkətdə Fatihədən sonra otuz dəfə Qədr surəsi oxunur.
On üçüncü gecənin namazı: Dörd rəkətdir və hər rəkətdə Fatihədən sonra iyirmi beş dəfə İxlas surəsi oxunur.
On dördüncü gecənin namazı: Altı rəkətdir və hər rəkətdə Fatihədən sonra otuz dəfə
On beşinci gec+F27287ənin namazı: Dörd rəkətdir. Birinci iki rəkətdə Fatihədən sonra yüz dəfə İxlas surəsi, ikinci iki rəkətdə Fatihədən sonra əlli dəfə İxlas surəsi oxunur.
On altıncı gecənin namazı: On iki rəkətdir və hər rəkətdə Fatihədən sonra on iki dəfə "Təkasur" surəsi oxunur.
On yeddinci gecənin namazı: İki rəkətdir. Birinci rəkətdə Fatihədən sonra istədiyin surəni oxu, ikinci rəkətdə Fatihədən sonra yüz dəfə İxlas surəsini oxu. Namazın salamından sonra yüz dəfə de: "Lə iləhə illəllah."
On səkkizinci gecənin namazı: Dörd rəkətdir və hər rəkətdə Fatihədən sonra iyirmi beş dəfə Kövsər surəsi oxunur.
On doqquzuncu gecənin namazı: Əlli rəkətdir və hər rəkətdə Fatihə surəsi ilə əlli dəfə
İyirminci gecədən iyirmi dördüncü gecəyədək namazlar: Bu gecələrin hər birində səkkiz rəkət namaz qılınır. Hər rəkətdə Fatihədən sonra istədiyin surəni oxu.
İyirmi beşinci gecənin namazı: Səkkiz rəkətdir və hər rəkətdə Fatihədən sonra on dəfə İxlas surəsi oxunur.
İyirmi altıncı gecənin namazı: Səkkiz rəkətdir və hər rəkətdə Fatihədən sonra yüz dəfə İxlas surəsi oxunur.
İyirmi yeddinci gecənin namazı: Dörd rəkətdir və hər rəkətdə Fatihədən sonra "Mulk" surəsi oxunur. Əgər bu surəni oxuya bilməsəniz, iyirmi beş dəfə İxlas surəsini oxuyun.
İyirmi səkkizinci gecənin namazı: Altı rəkətdir və hər rəkətdə Fatihədən sonra yüz dəfə "Ayətəl-kürsi", yüz dəfə İxlas və yüz dəfə Kövsər surəsi oxunur. Namazdan sonra yüz dəfə salavat deyin. (Mərhum Şeyx Abbas Qummi yazır: "Mənim əldə etdiyim nüsxədə yüz dəfə yerinə on dəfə qeyd olunubdur." (Bu, daha uyğun görünür.))
İyirmi doqquzuncu gecənin namazı: İki rəkətdir və hər rəkətdə Fatihədən sonra iyirmi beş dəfə İxlas surəsi oxunur.
Otuzuncu gecənin namazı: On iki rəkətdir və hər rəkətdə Fatihədən sonra iyirmi beş dəfə İxlas surəsi oxunur. Namazdan sonra yüz dəfə salavat deyin.
Bu namazların hər iki rəkəti bir salamla qılınır, yəni namazlar iki rəkət-iki rəkət qılınır. Qeyd etdiyimiz kimi, əgər bu namazların hamısını qılmaq imkanınız olmazsa, bacardığınızı qılın.