ŞƏVVAL AYININ BİRİNCİ GECƏSİ (1)
Bu gecə çox mübarək gecələrdəndir. Bu gecənin fəziləti və əhəmiyyəti barədə bunu qeyd etmək kifayət edər ki, bəzi hədislərə istinadən, onun fəziləti Qədr gecəsinin fəzilətindən az deyildir. Hədislərdə tövsiyə olunur ki, möminlər bu gecəni əhya saxlayıb ibadət etsinlər. Bu gecədə bir neçə əməl yerinə yetirilir:
1) Günəş qürub etdikdə qüsl etmək.
2) Gecəni məsciddə qalıb namaz qılmaq, dua etmək və bağışlanma diləməklə keçirmək: Rəvayət olunur ki, İmam Əli ibn Hüseyn (ə) belə edərdi.
3) İmam Sadiq (ə) buyurub: "Məğrib, işa, sübh və bayram namazlarından sonra bu zikrləri deyin:
اَللّٰهُ اَكْبَرُ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَ اللّٰهُ اَكْبَرُ
اَللّٰهُ اَكْبَرُ
وَ لِلّٰهِ الْحَمْدُ
اَلْحَمْدُ لِلّٰهِ عَلٰى مَا هَدَانَا
وَ لَهُ الشُّكْرُ عَلٰى مَاۤ اَوْلَانَا۔
4) İmam Sadiq (ə) buyurub ki, məğrib namazını və onun nafiləsini qıldıqdan sonra əllərini göyə qaldırıb de:
يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ
يَا ذَا الْجُوْدِ
يَا مُصْطَفِيَ مُحَمَّدٍ وَ نَاصِرَهُ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اغْفِرْ لِيْ كُلَّ ذَنْبٍ اَحْصَيْتَهُ
وَ هُوَ عِنْدَكَ فِيْ كِتَابٍ مُبِيْنٍ۔
Sonra səcdəyə gedib yüz dəfə de:
اَتُوْبُ اِلَى اللهِ
Sonra Allahdan öz istəklərini dilə, inşaallah həyata keçər."
Başqa bir rəvayətə görə Şeyx Tusi buyurur ki, məğrib və işa namazlarından sonra səcdəyə get və de:
یَا ذَا الْحَوْلِ
یَا ذَا الطَّوْلِ
يَا مُصْطَفِيًا مُحَمَّدً وَ نَاصِرَہُ،
صَلِّ عَلٰى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
وَاغْفِرْلَیْ کُلَّ ذَنْبٍ اَذْنَبْتُهُ
وَ نَسِیْتُهُ اَنَا وَهُوَ عِنْدَکَ فِیْ کِتَابٍ مُبِیْنٍ
Sonra yüz dəfə de:
اَتُوبُ اِلَى اللهِ
5) Bu gecə İmam Hüseyni (ə) ziyarət etməyin böyük savabı vardır. ("Zil-Hiccə" bölümündə qeyd etdiyimiz "Fitr və Qurban bayramları İmam Hüseynin (ə) ziyarəti")
6) Bu zikri on dəfə demək (belə ki, bu zikri cümə gecəsində də demək müstəhəbdir):
يَا دَاۤئِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ
يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ
يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
خَيْرِ الْوَرٰى سَجِيَّةً
وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلٰى
فِي هٰذِهِ الْعَشِيَّةِ۔
7) On rəkət namaz qılmaq: bu namazın qaydası ramazan ayının axırıncı gecəsinin əməllərində açıqlandı.