Bu dua Seyid ibn Tavusdan nəql olunub.
3) Bayram namazından qabaq fitrə zəkatını ayırın: əgər ətrafınızda fitrə zəkatı düşən şəxs varsa, ona verin, əks təqdirdə onu kənara qoyun. Fitrə zəkatı təxminən 3 kq. buğda və ya başqa bir qida məhsulu – yaşadığınız şəhərdə əksər insanların istifadə etdikləri qida məhsulundan – götürülür. Fitrə zəkatı təkidlə buyurulan vacib əməldir və ramazan ayının orucunun qəbul olunması şərtidir. Allah-Təala Quranda da bu zəkatı (bayram) namazından önəmli hesab edərək buyurur:
Heç şübhəsiz, zəkat verən və Rəbbini yad edən, sonra namaz qılan kəs nicat tapdı. (Əla surəsi, 14-15)
4) Qüsl etmək: Şeyx Tusinin qeyd etdiyinə görə sübh azanından qabaq bayram namazını qılanadək bu qüslü etmək olar. Qüsl etməzdən öncə bu duanı oxu:
اَللّٰهُمَّ اِيْمَانًا بِكَ
وَ تَصْدِيْقًا بِكِتَابِكَ
وَ اتِّبَاعَ سُنَّةِ نَبِيِّكَ مُحَمَّدٍ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Sonra "Bismillah" de və qüsl et.
Qüsl etdikdən sonra de:
اَللّٰهُمَّ اجْعَلْهُ كَفَّارَةً لِذُنُوْبِيْ
وَ طَهِّرْ دِيْنِيْۤ
اَللّٰهُمَّ اَذْهِبْ عَنِّيْ الدَّنَسَ۔
5) Şeyx Tusi qeyd edir ki, bu gün ən gözəl libaslarını geyin, ətirlən və vüqarla bayram namazı qılınan məkana tərəf hərəkət et.
6) Bayram namazından qabaq günün əvvəlində iftar et. Yaxşı olar ki, xurma ilə iftar edəsən. Şeyx Mufid yazır: "Seyiduş-şuhəda İmam Hüseynin (ə) türbətindən bir qədər yemək müstəhəbdir. Bu, hər dərdə şəfadır."
7) Günəş doğduqdan sonra bayram namazı qılmaq üçün müsəllaya (namaz qılmaq üçün məkan) tərəf hərəkət edin (necə ki, Həzrət Rəsulallahdan (s) nəql olunubdur). Məsumların (ə) buyurduqları duaları oxuyun, o cümlədən, İmam Baqir (ə) buyurub: "Fitr və Qurban bayramları günü, cümə günləri namaza getmək üçün hazırlaşarkən bu duanı oxu:
اَللّٰهُمَّ مَنْ تَهَيَّاَ فِيْ هٰذَا الْيَوْمِ
اَوْ تَعَبَّاَ اَوْ اَعَدَّ وَ اسْتَعَدَّ
لِوِفَادَةٍ اِلٰى مَخْلُوْقٍ
رَجَاۤءَ رِفْدِهِ وَ نَوَافِلِهِ
وَ فَوَاضِلِهِ وَ عَطَايَاهُ
فَاِنَّ اِلَيْكَ يَا سَيِّدِيْ تَهْيِئَتِيْ وَ تَعْبِئَتِيْ
وَ اِعْدَادِيْ وَ اسْتِعْدَادِيْ
رَجَاۤءَ رِفْدِكَ وَ جَوَاۤئِزِكَ
وَ نَوَافِلِكَ وَ فَوَاضِلِكَ
وَ فَضَاۤئِلِكَ وَ عَطَايَاكَ
وَ قَدْ غَدَوْتُ اِلٰى عِيْدٍ مِنْ اَعْيَادِ اُمَّةِ نَبِيِّكَ مُحَمَّدٍ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ وَ عَلٰىۤ اٰلِهِ
وَ لَمْ اَفِدْ اِلَيْكَ الْيَوْمَ بِعَمَلٍ صَالِحٍ اَثِقُ بِهِ قَدَّمْتُهُ
وَ لَا تَوَجَّهْتُ بِمَخْلُوْقٍ اَمَّلْتُهُ
وَ لٰكِنْ اَتَيْتُكَ خَاضِعًا
مُقِرًّا بِذُنُوْبِيْ وَ اِسَاۤءَتِيْ اِلٰى نَفْسِيْ
فَيَا عَظِيْمُ يَا عَظِيْمُ يَا عَظِيْمُ
اِغْفِرْ لِيَ الْعَظِيْمَ مِنْ ذُنُوْبِيْ
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ الْعِظَامَ اِلَّاۤ اَنْتَ
يَا لَاۤ اِلٰهَ اِلَّا ۤاَنْتَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔