EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ZİL-HİCCƏNİN İYİRMİ BEŞİ
Bu gün "Həl əta" (İnsan və ya Dəhr) surəsinin nazil olduğu gündür. Bu surənin nazil olma səbəbi (şəni-nüzul) barədə şiə və sünni alimlərinin əksəriyyəti belə nəql edirlər: İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstələnmişdilər. Həzrət Peyğəmbər (s) onlara baş çəkməyə gəlmişdi. O həzrət İmam Əliyə (ə) buyurdu: "Yaxşı olar ki, onların şəfa tapması üçün nəzir edəsən." İmam Əli (ə), Xanım Fatimə (s.ə) və Fizzə onların şəfa tapması üçün üç gün oruc nəzir etdilər. Həsən (ə) və Hüseyn (ə) sağaldıqdan sonra onlar öz nəzilərini yerinə yetirmək üçün oruc tutdular. Bəzi rəvayətlərə görə Həsən (ə) və Hüseyn (ə) də oruc tutdular. Maddi imkansızlığa görə iftar vaxtı süfrəyə bir qədər çörək qoya bilmişdilər. Elə bu vaxt kömək istəyən bir miskinin səsini eşitdilər. Həzrət Əli (ə), Xanım Fatimə (s.ə), Fizzə, Həsən (ə) və Hüseyn (ə) öz çörəklərini o miskinə verdilər və həmin gecə təkcə su içdilər. Sabahkı gün qürub vaxtı bir yetimin kömək istədiyini eçitdilər və ötən gecə olduğu kimi öz çörəklərini ona verib iftarda bir qədər su içdilər. Üçüncü gün qürub vaxtı bir əsir qapıya gəlib kömək istədi və bu kəramət və fəzilət sahibi olan ailə öz çörəklərini ona verdilər. Sabahkı gün Həzrət Əli (ə) Həsən (ə) və Hüseynin (ə) əlindən tutub Həzrət Peyğəmbərin (s) yanına gətirdi. Həzrət Peyğəmbər (s) uşaqların aclıqdan əsdiklərini gördü. Bunun səbəbini Həzrət Əlidən (ə) soruşdu, Həzrət Əli (ə) də əhvalatı danışdı. Həzrət Peyğəmbər (s) narahat oldu və onlar birlikdə Xanım Fatimənin (s.ə) evinə gəldilər. Bu vaxt Cənab Cəbrail nazil oldu və "Həl əta" surəsini gətirdi. Bu surədə Əhli-beytin (ə) ixlaslı fədakarlığı uca tutulmuşdur. Bu gündə bir neçə əməl yerinə yetirilir: 1) Mərhum Seyid İbn Tavus Şeyx Mufiddən nəql edir ki, bu gündə oruc tutmaq müstəhəbdir, çünki bu gündə Allah-Təala Peyğəmbərin (s) Əhli-beytinin (ə) fəzilətini üzə çıxarmışdır; 2) Bu ayın iyirmi beşinci gecəsi və gündüzü onlar kimi ehtiyaclılara və yoxsullara köməklik edin; 3) Bu gündə ziyarət qüslü edib İmamları (ə) ziyarət etmək, xüsusilə "Camiə ziyarəti"ni oxumaq tövsiyə olunur.