EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
MƏHƏRRƏM AYININ FƏZİLƏTİ
Məhərrəm ayı Əhli-beytin (ə) və onların şiələrinin hüzn və kədər ayıdır. Bu ay Seyyiduş-şuhəda İmam Hüseynin (ə) və onun vəfalı silahdaşlarının Kərbəlada göstərdikləri sücaət və fədakarlıqların anım ayıdır. Hədislərin birində Əli ibn Musa ər-Rza (ə) buyurur: "Məhərrəm ayı çatdıqda kimsə mənim atamın güldüyünü görməzdi. Aşura gününə kimi o, hüznlü və qəmgin olardı. Aşura günü isə atamın yas saxlayıb ağladığı gün idi. O buyururdu: "Bu gün Hüseynin (ə) şəhid olduğu gündür." "Yaxşı olar ki, Əhli-beyt (ə) aşiqləri bu əzəmətli və əhəmiyyətli hadisəni hüzn məclisləri təşkil etməklə qeyd etsinlər. Hörmətli xətiblər o həzrətin qiyamının hədəflərini, İslamın və şiəliyin həyatda qalmasında bu qiyamın mühüm rolunu bəyan etsinlər. Xüsusilə də, cavanları və yeniyetmələri bu məclislərə cəlb etsinlər, lakin bu məclislərdə dost və düşmənin iradına səbəb olacaq işlərdən ciddi şəkildə çəkinsinlər. Nəzərə almaq lazımdır ki, İslamı həyatda saxlayan Aşura hadisəsi və İmam Hüseyn (ə) məclisləridir. Nə qədər ki, bu məclislər əzəmətlə təşkil olunur, İslam məhv olmayacaqdır.