RƏBİUL-ƏVVƏLİN ON İKİSİ
Bu gün Şeyx Kuleyni və Məsudinin nəzərincə, eləcə də, əhli-sünnənin məşhur nəzərinə görə İslam peyğəmbərinin (s) səadətli doğum günüdür.
Həmçinin belə bir gündə Həzrət Rəsulallah (s) Məkkədən Mədinəyə on iki günlük yolu qət etdikdən sonra Mədinəyə daxil olmuşdur. Hicri-qəməri 132-ci ildə belə bir gündə Bəni-Uməyyə hökuməti suquta uğramışdır.
Bu gündə iki rəkət namaz qılmaq müstəhəbdir: birinci rəkətdə Fatihədən sonra üç dəfə Kafirun surəsi, ikinci rəkətdə Fatihədən sonra üç dəfə İxlas surəsi oxunur.
RƏBİUL-ƏVVƏLİN ON DÖRDÜ
Hicri-qəməri 64-cü ildə belə bir gündə Yezid ibn Muaviyə dünyadan köçmüşdür. O, üç il doqquz ay sürən xəlifəlik dövründə böyük cinayətlərə imza atdı, belə ki, onun ən böyük cinayəti Əba Əbdillah Hüseyn (ə) və onun köməkçilərini qətlə yetirməsi oldu. Otuz yeddi yaşında "Huran" məntəqəsində dünyadan köçdü və Dəməşq şəhərində dəfn edildi. Lakin hal-hazırda onun qəbrindən heç bir əsər-əlamət yoxdur.