ZİYARƏTƏ NAİB OLMAĞIN QAYDALARI
İstər həyatda olan, istərsə də dünyadan köçən insanlar tərəfindən ziyarətə naib olmaq və ya ziyarətin savabını onlara hədiyyə etmək müstəhəb bir işdir. Bu ziyarətin savabı həmin insanlara çatır və söz yox ki, naib olan şəxsin özü də bu ziyarətin savabından bəhrələnir. Bu barədə bir çox hədislər vardır, o cümlədən:
1. Davud Surəmi mötəbər bir hədisdə deyir: Mən İmam Həsən Əskəriyə (ə) ərz etdim: "Mən sizin atanızı ziyarət etdim və savabını sizə hədiyyə etdim." İmam (ə) buyurdu: "Sənə Allah tərəfindən böyük savab və bizim tərəfimizdən təşəkkür vardır."
2. İbrahim Həzrəmi deyir: Mədinədə İmam Musa Kazim (ə) ilə görüşdüm. O, Rəsulallahın (s) minbəri ilə qəbri arasında əyləşmişdi. Ona ərz etdim: "Öz vətənimdən həcc səfərinə yola düşdüyüm zaman bəziləri mənə tapşırdılar ki, onların yerindən yeddi dəfə təvaf edim və iki rəkət namaz qılım. Amma mən bunu unutdum. İndi bilmirəm qayıdanda onlara nə deyim." İmam (ə) buyurdu: "Əgər Məkkəyə daxil olub həcc əməllərini yerinə yetirdikdən sonra yeddi dəfə təvaf edib və iki rəkət namaz qılıb: "Ey Allahım, mən bu təvafı və iki rəkət namazı atamın, anamın, həyat yoldaşımın, övladlarımın, dostlarımın və bütün həmşəhərlilərimin yerindən yerinə yetirdim" - desəydin, vətəninə döndükdən sonra onların hər birinə: "Mən sizin yerinizdən təvaf etdim və iki rəkət namaz qıldım" - desən, doğru danışmış olardın. Həmçinin Mədinədə öz vəzifələrini yerinə yetirdikdən sonra iki rəkət namaz qılıb Rəsulallahın (s) qəbrinin baş tərəfində dayanaraq:
اَلسَّلَامُ عَلَيْكَ يَا نَبِيَّ اللّٰهِ مِنْ اَبِيْ وَ اُمِّيْ وَ زَوْجَتِيْ وَ وَلَدِيْ وَ حَآمَّتِيْ وَ مِنْ جَمِيْعِ اَهْلِ بَلَدِيْ حُرِّهِمْ وَ عَبْدِهِمْ وَ اَبْيَضِهِمْ وَ اَسْوَدِهِمْ۔
desən və vətəninə qayıtdıqdan sonra həmşəhərlilərindən hər birinə: "Mən sizin yerinizdən Peyğəmbərə (s) salam dedim (və iki rəkət namaz qıldım)" – desən, doğru demisən".
3. Başqa bir hədisdə oxuyuruq ki, bəzi İmamlardan (ə) soruşurlar: "İki rəkət namaz qılıb, yaxud bir gün oruc tutub, yaxud həcc və umrə ziyarəti yerinə yetirib, yaxud Rəsulallahı (s) və ya İmamlardan (ə) birini ziyarət edib bunun savabını ata-anasına, yaxud din qardaşına hədiyyə edən şəxsin özünə də savab çatırmı?" İmam (ə) buyurur: "Bu əməlin savabı həmin kəslərə (ata-ana, din qardaşı) çatır, eyni zamanda onun özünə çatan savabdan heç nə azalmır."
ƏCİR TUTULAN (YƏNİ YOL XƏRCİ BAŞQASI TƏRƏFİNDƏN ÖDƏNİLƏN) ŞƏXSİN NAİB OLMA QAYDASI
Şeyx Tusi "Təhzib" adlı kitabında yazır: Din qardaşının tərəfindən əcir olan şəxs ziyarət qüslü etdikdən ( və bəzi nüsxələrə əsasən, ziyarət əməlini yerinə yetirdikdən) sonra belə desin:
اَللّٰهُمَّ مَاۤ اَصَابَنِيْ مِنْ تَعَبٍ اَوْ نَصَبٍ اَوْ شَعَثٍ اَوْ لُغُوْبٍ فَأْجُرْ فُلَانَ بْنَ فُلَانٍ فِيْهِ وَ أْجُرْنِيْ فِيْ قَضَاۤئِيْ عَنْهُ۔
Ziyarət etdiyi İmama (ə) salam verdikdə isə axırda belə desin:
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ عَنْ فُلَانِ بْنِ فُلَانٍ اَتَيْتُكَ زَاۤئِرًا عَنْهُ فَاشْفَعْ لَهُ عِنْدَ رَبِّكَ۔
Fulən ibni fuləni sözünün yerinə nəzərindəki şəxsin adını və atasının adını desin. Sonra istədiyi duanı etsin.
Əgər ziyarətnamə oxumaq istəsə, belə desin:
اَللّٰهُمَّ اِنَّ فُلَانَ بْنَ فُلَانٍ اَوْفَدَنِيْۤ اِلٰى مَوَالِيْهِ وَ مَوَالِيَّ لِاَزُوْرَ عَنْهُ رَجَاۤءً لِجَزِيْلِ الثَّوَابِ وَ فِرَارًا مِنْ سُوْۤءِ الْحِسَابِ اَللّٰهُمَّ اِنَّهُ يَتَوَجَّهُ اِلَيْكَ بِاَوْلِيَاۤئِهِ الدَّآلِّيْنَ عَلَيْكَ فِيْ غُفْرَانِكَ ذُنُوْبَهُ وَ حَطِّ سَيِّئَاتِهِ وَ يَتَوَسَّلُ اِلَيْكَ بِهِمْ عِنْدَ مَشْهَدِ اِمَامِهِ صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَللّٰهُمَّ فَتَقَبَّلْ مِنْهُ وَ اقْبَلْ شَفَاعَةَ اَوْلِيَاۤئِهِ صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ فِيْهِ اَللّٰهُمَّ جَازِهِ عَلٰى حُسْنِ نِيَّتِهِ وَ صَحِيْحِ عَقِيْدَتِهِ وَ صِحَّةِ مُوَالَاتِهِ اَحْسَنَ مَا جَازَيْتَ اَحَدًا مِنْ عَبِيْدِكَ الْمُؤْمِنِيْنَ وَ اَدِمْ لَهُ مَا خَوَّلْتَهُ وَ اسْتَعْمِلْهُ صَالِحًا فِيْمَاۤ اٰتَيْتَهُ وَ لَا تَجْعَلْنِيْ اٰخِرَ وَافِدٍ لَهُ يُوْفِدُهُ اَللّٰهُمَّ اَعْتِقْ رَقَبَتَهُ مِنَ النَّارِ وَ
اَوْسِعْ عَلَيْهِ مِنْ رِزْقِكَ الْحَلَالِ الطَّيِّبِ وَ اجْعَلْهُ مِنْ رُفَقَاۤءِ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ بَارِكْ لَهُ فِيْ وُلْدِهِ وَ مَالِهِ وَ اَهْلِهِ وَ مَا مَلَكَتْ يَمِيْنُهُ، اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ حُلْ بَيْنَهُ وَ بَيْنَ مَعَاصِيْكَ حَتّٰى لَا يَعْصِيَكَ وَ اَعِنْهُ عَلٰى طَاعَتِكَ وَ طَاعَةِ اَوْلِيَاۤئِكَ حَتّٰى لَا تَفْقِدَهُ حَيْثُ اَمَرْتَهُ وَ لَا تَرَاهُ حَيْثُ نَهَيْتَهُ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اغْفِرْ لَهُ وَ ارْحَمْهُ وَ اعْفُ عَنْهُ وَ عَنْ جَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اَعِذْهُ مِنْ هَوْلِ الْمُطَّلَعِ وَ مِنْ فَزَعِ يَوْمِ الْقِيَامَةِ وَ سُوْۤءِ الْمُنْقَلَبِ وَ مِنْ ظُلْمَةِ الْقَبْرِ وَ وَحْشَتِهِ وَ مِنْ مَوَاقِفِ الْخِزْيِ فِيْ الدُّنْيَا وَ
الْاٰخِرَةِ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اجْعَلْ جَاۤئِزَتَهُ فِيْ مَوْقِفِيْ هٰذَا غُفْرَانَكَ وَ تُحْفَتَهُ فِيْ مَقَامِيْ هٰذَا عِنْدَ اِمَامِيْ صَلَّى اللّٰهُ عَلَيْهِ اَنْ تُقِيْلَ عَثْرَتَهُ وَ تَقْبَلَ مَعْذِرَتَهُ وَ تَتَجَاوَزَ عَنْ خَطِيْۤئَتِهِ وَ تَجْعَلَ التَّقْوٰى زَادَهُ وَ مَا عِنْدَكَ خَيْرًا لَهُ فِيْ مَعَادِهِ وَ تَحْشُرَهُ فِيْ زُمْرَةِ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَ تَغْفِرَ لَهُ وَ لِوَالِدَيْهِ فَاِنَّكَ خَيْرُ مَرْغُوْبٍ اِلَيْهِ وَ اَكْرَمُ مَسْئُوْلٍ ۟اِعْتَمَدَ الْعِبَادُ عَلَيْهِ اَللّٰهُمَّ وَ لِكُلِّ مُوْفِدٍ جَاۤئِزَةٌ وَ لِكُلِّ زَاۤئِرٍ كَرَامَةٌ فَاجْعَلْ جَاۤئِزَتَهُ فِيْ مَوْقِفِيْ هٰذَا غُفْرَانَكَ وَ الْجَنَّةَ لَهُ وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ اَللّٰهُمَّ وَ اَنَا عَبْدُكَ الْخَاطِئُ الْمُذْنِبُ الْمُقِرُّ بِذُنُوْبِهِ فَاَسْاَلُكَ يَاۤ اَللّٰهُ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ اَنْ لَا تَحْرِمَنِيْ بَعْدَ ذٰلِكَ الْاَجْرَ وَ الثَّوَابَ مِنْ فَضْلِ عَطَاۤئِكَ وَ كَرَمِ تَفَضُّلِكَ۔
Sonra həmin İmamın (ə) pak zərihinin yanına getsin və üzü qibləyə dayanıb əllərini göyə açaraq desin:
يَا مَوْلَايَ يَاۤ اِمَامِيْ عَبْدُكَ فُلَانُ بْنُ فُلَانٍ اَوْفَدَنِيْ زَاۤئِرًا لِمَشْهَدِكَ يَتَقَرَّبُ اِلَى اللّٰهِ عَزَّ وَ جَلَّ بِذٰلِكَ وَ اِلٰى رَسُوْلِهِ وَ اِلَيْكَ يَرْجُوْ بِذٰلِكَ فَكَاكَ رَقَبَتِهِ مِنَ النَّارِ مِنَ الْعُقُوْبَةِ فَاغْفِرْ لَهُ وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْحَلِيْمُ الْكَرِيْمُ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْعَلِيُّ الْعَظِيْمُ اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ تَسْتَجِيْبَ لِيْ فِيْهِ وَ فِيْ جَمِيْعِ اِخْوَانِيْ وَ اَخَوَاتِيْ وَ وَلَدِيْ وَ اَهْلِيْ بِجُوْدِكَ وَ كَرَمِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔