EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
MƏSUMLARA (Ə) HƏDİYYƏ NAMAZI
وَلَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِىِّ الْعَظِيْمِ۔
Məsumlara (ə) hədiyyə namazı (namazın savabını hədiyyə etmək nəzərdə tutulur) aşağıdakı qaydadadır: 1) Cümə günü səkkiz rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Onun dörd rəkətinin savabını Həzrət Rəsulallaha (s) və dörd rəkətinin savabını Xanım Fatimə-Zəhraya (s.ə) hədiyyə et. 2) Şənbə günü dörd rəkət namaz qıl və onun savabını Əmirəl-möminin Əliyə (ə) hədiyyə et. 3) Bazar günü dörd rəkət namaz qılıb onun savabını İmam Həsənə (ə), bazar ertəsi günü dörd rəkət namaz qılıb onun savabını İmam Hüseynə (ə), çərşənbə axşamı günü dörd rəkət namaz qılıb onun savabını İmam Zeynul-abidinə (ə), çərşənbə günü dörd rəkət namaz qılıb onun savabını İmam Baqirə (ə), cümə axşamı günü dörd rəkət namaz qılıb onun savabını İmam Sadiqə (ə) hədiyyə et. 4) Cümə günü yenə səkkiz rəkət namaz qılıb onun dörd rəkətinin savabını Həzrət Peyğəmbərə (s) və dörd rəkətinin savabını Xanım Fatimə-Zəhraya (s.ə) hədiyyə et. 5) Şənbə günü dörd rəkət namaz qılıb onun savabını İmam Kazimə (ə), bazar günü dörd rəkət namaz qılıb onun savabını İmam Rzaya (ə), bazar ertəsi günü dörd rəkət namaz qılıb onun savabını İmam Cavada (ə), çərşənbə axşamı günü dörd rəkət namaz qılıb onun savabını İmam Hadiyə (ə), çərşənbə günü dörd rəkət namaz qılıb onun savabını İmam Həsən Əskəriyyə (ə), cümə axşamı günü dörd rəkət namaz qılıb onun savabını İmam Zamana (ə.f) hədiyyə et.
Bu namazların hər iki rəkətindən sonra bu duanı oxu:
اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ
وَ مِنْكَ السَّلَامُ
وَ اِلَيْكَ يَعُوْدُ السَّلَامُ
حَيِّنَا رَبَّنَا مِنْكَ بِالسَّلَامِ
اَللّٰهُمَّ اِنَّ هٰذِهِ الرَّكَعَاتِ
هَدِيَّةٌ مِنَّا اِلٰى وَلِيِّكَ۔
Sonra hədiyyə namazı qıldığın Məsumun (ə) adını de. Daha sonra de:
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ وَ بَلِّغْهُ اِيَّاهَا
وَاَعْطِنِىْ اَفْضَلَ اَمَلِىْ وَ رَجَاۤئِىْ فِيْكَ وَ فِىْ رَسُوْلِكَ
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهٖ۔
Bu hədisdə buyurulur ki, duadan sonra Allahdan öz istəklərini dilə və dua et.