EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
VƏHŞƏT NAMAZI
Bu namaz o qorxulu gecədə insanın öz doğması üçün göndərə biləcəyi ən gözəl hədiyyədir. Bu namazı təkcə doğmalar və qohum-əqraba üçün deyil, bütün möminlər üçün qıla bilərsən. Bu namazı bir neçə nəfər qılarsa, daha yaxşıdır. Dəfn gecəsinin namazı iki rəkətdir. Birinci rəkətdə Fatihə surəsi və "Ayətəl-kürsi", ikinci rəkətdə bir dəfə Fatihə surəsi və on dəfə Qədr surəsi oxunur. Namazı qılıb qurtardıqdan sonra bu cümləni de və sonra mərhumun adını çək:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
وَّابْعَثْ ثَوَابَهَا اِلٰى قَبْرِ ۔۔۔
DƏFN GECƏSİ ÜÇÜN BAŞQA BİR NAMAZ
Həzrət Peyğəmbər (s) buyurub: "Dünyadan köçən şəxs üçün qəbrin birinci gecəsindən daha çətin saatlar yoxdur. Elə isə, sədəqə verməklə öz ölülərinizə rəhm edin. Əgər sədəqə verə bilməsəniz, onların özlərinə sədəqə verin. Belə ki, iki rəkət namaz qılın: birinci rəkətdə bir dəfə Fatihə və on dəfə İxlas surəsi, ikinci rəkətdə bir dəfə Fatihə və on dəfə "Təkasur" surəsini oxu. Namazın salamından sonra de (sonra mərhumun adını və atasının adını çək):
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
وَّابْعَثْ ثَوَابَهَا اِلٰى قَبْرِ ذٰلِكَ الْمَيِّتِ۔۔۔
Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır: Tövsiyə olunur ki, insan öz ölülərini yaddan çıxartmasın. Çünki artıq onlar xeyir əməl yerinə yetirə bilmir və övladlarının, qohumlarının, din qardaşlarının yaxşılıqlarına göz dikmişlər. Xüsusilə, gecə namazında onlar üçün daha çox dua etmək lazımdır. Həmçinin, vacib namazlardan sonra və ziyarətgahlarda onları yad etmək, onlar üçün xeyir əməllər yerinə yetirmək lazımdır. Hədislərin birində oxuyuruq: Ola bilər ki, ata-ana həyatda ikən övlad onları incitsin, ağ-valideyn olsun və valideynləri ondan narazı qalsınlar, lakin valideynlər dünyadan köçdükdən sonra övlad yaxşı əməl sahibi olsun və onlar üçün xeyir əməllər yerinə yetirsin, beləcə, onları özündən razı etsin. Həmçinin, ola bilər ki, ata-ana həyatda ikən övlad yaxşı və ləyaqətli insan olsun, lakin valideynləri dünyadan köçdükdən sonra onlar üçün yaxşı əməl yerinə yetirmədiyinə görə valideynləri ondan narazı qalsınlar. Dünyasını dəyişmiş ata-ana və qohumlar üçün ən yaxşı xeyir əməl onları Allahın və insanların borcundan çıxartmaq, yəni onların boyunlarındakı borcları ödəməkdir. Valideynlərin yerinə yetirmədikləri həcc və bu kimi ibadətləri ya övladın özü yerinə yetirsin və ya başqasını əcir tutsun.