CÜMƏ GÜNÜNÜN FƏZİLƏTİ
Cümə gününün fəziləti haqqında saysız hədislərdən bir neçəsinə nəzər salaq:
1) İmam Sadiq (ə) öz atalarından nəql edir ki, Həzrət Rəsulallah (s) belə buyurmuşdur: "Allah peyğəmbərlər arasından məni, canişinlər arasından Əlini (ə), aylar arasından ramazanı, gecələr arasından Qədr gecəsini və günlər arasından cümə gününü seçmişdir.
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurmuşdur ki, Allah hər şeyin arasından birini seçmişdir və günlər arasından cümə gününü seçmişdir.
2) İmam Baqir (ə) buyurub: "Günəş, cümə günündən daha fəzilətli bir günə işıq saçmamışdır." (Yəni günəşin doğduğu və işıq saçdığı günlərin ən fəzilətlisi cümə günüdür.)
3) Cümə günü, xüsusilə ramazan ayının cümə günləri başqa günlərdə olduğundan daha tez məscidə getmək müstəhəbdir. Çünki İmam Baqirin (ə) hədisinə istinadən müqərrəb mələklər cümə günü yerə enir və məscidə daxil olanların adlarını yazırlar.
4) Bəzi hədislərə istinadən İmam Zaman (ə.f) cümə günü zühur edəcəkdir. Hər gün, xüsusilə də cümə günləri bəşəriyyətin xilaskarını yad etməli, uca Allahdan onun zühurunun tezləşməsinin istəməliyik.