İMAM ZAMANIN (Ə.F) ZİYARƏTİ
İmam Zamanı (ə.f) ziyarət etməyin qaydasını bəyan etməzdən öncə 2 mətləbi nəzərinizə çatdırmağı lazımlı hesab etdik:
1. "Müqəddəs sərdabə" haradadır? Mərhum Mühəddis Qummi "Məfatihul-cinan"da yazır: İmam Zamanın (ə.f) pak sərdabəsi adlanan yer İmam Həsən Əskərinin (ə) evində yerləşən sərdabədir. İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) qəbirləri üstündə gümbəz və hərəm tikilməmişdən öncə bu sərdabəyə giriş yolu o pak qəbirlərin arxa tərəfində yerləşirdi, yəni Nərciz-Xatunun (s.ə) qəbri yaxınlığında. Hal-hazırda isə həmin rəvaqda (hərəmin daxilində qəbirlərin yerləşdiyi otaqda) yerləşir. Bu giriş yolu ilə pillələrlə aşağı endikdən və bir dalandan keçdikdən sonra İmam Zamanın (ə.f) qeybə çəkildiyi sərdabəyə çatırsan. Bu sərdabənin içərisi ayna ilə bəzədilmiş və pəncərəsi qiblə tərəfdən Əskəriyəynin (ə) (yəni İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə)) səhninə açılır.
2. "Bəqi İmamlarının (ə) ziyarəti" fəslində qeyd etdiyimiz Süleyman ibn İsanın öz atasından və onun da İmam Sadiqdən (ə) nəql etdiyi hədisdən əldə olunur ki, harada olmaqdan asılı olmayaraq dövrün İmamını (ə) ziyarət etmək (indiki dövrün imamı Həzrət Məhdidir (ə.f)) mümkündür. Bu hədisdən həmçinin əldə olunur ki, cümə günü digər günlərdən daha fəzilətli bir gündür. Beləliklə, İmam Zamanın (ə.f) aşiqləri və şiələri mümkün olduğu təqdirdə hər sübh qeyd olunacaq bəzi ziyarətlər və dualar vasitəsilə o həzrəti yad etsinlər, onun salamatlığı və zühuru üçün dua etsinlər. Hər gün mümkün olmadığı təqdirdə isə ən azı həftədə bir dəfə cümə günü o həzrəti münasib bir məkanda ziyarət etsinlər. Bəzi dualarda vurğulandığı kimi, qəlbi onun yadı ilə abad saxlasınlar.
İMAM ZAMANI (Ə.F) ZİYARƏT ETMƏYİN QAYDASI
Müqəddəs sərdabəyə daxil olmaq üçün aşağıdakı izni-duxuldan birini demək kifayət edir:
1. Kəf'əmidən nəql olunan birinci izni-duxul ilə eyni məzmuna malik Seyid İbn Tavusun nəql etdiyi izni-duxul. Bu cümləylə başlayır:
Daha sonra "Ziyarətlər" bölümündə qeyd etdiyimiz "İzni-duxul" oxunur.
Sayyid Ibn Tawus has mentioned another form of asking permission of entrance (i.e. isti’dhan), whose statements are similar to the first general form of asking permission.
2. Əllamə Məclisinin şiə alimlərinin əsərlərinin qədim nüsxəsindən nəql etdiyi izni-duxuldur ki, "Ziyarətlər" bölümündə "Başqa Bir İzni-Duxul" adıyla qeyd etmişik. İzni-duxul belə başlayır:
اَللّٰهُمَّ اِنَّ هٰذِهِ بُقْعَةٌ طَهَّرْتُهَا
وَ عَفْوَةٌ شَرَّفْتَهَا …