İMAM ƏLİNİ (Ə) ZİYARƏT ETMƏYİN QAYDASI
Biz bu bölümdə "Kamiluz-ziyarat", "Usuli-kafi" və s. bu kimi mötəbər kitablarda qeyd olunan ziyarətnamələri yerləştirmişik. Hədis və dua qaynaqlarında Əmirəl-möminin Əlinin (ə) hərəmini (mübarək qəbrini) ziyarət edərkən oxunan bir çox ziyarətnamələr qeyd olunmuşdur. Onlardan bir qismi "mütləq ziyarət" (yəni xüsusi bir vaxtda deyil, hər vaxt oxuna bilən ziyarətnamə), bir qismi isə "məxsus ziyarət"dir (yəni xüsusi vaxtda oxunan ziyarətnamə).
MÜTLƏQ ZİYARƏTLƏR: "Əminullah" ziyarəti, "Məzar-Qədim" kitabından bir ziyarət, "Kafi" ziyarəti, Səfvan Cəmmalın iki dənə ziyarəti, İmam Əlinin (ə) vida ziyarəti.
MƏXSUS ZİYARƏTLƏR: Qədir-xum gününün iki ziyarəti, Həzrət Rəsulallahın (s) mövlud günündə İmam Əlinin (ə) ziyarəti, Məbəs gecəsi və günü İmam Əlinin (ə) ziyarəti.