EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
MƏHƏRRƏMİN BİRİNCİ GECƏSİ
Bu gecə üçün qeyd olunan əməllər bunlardır:
1. Məhərrəmin hilalını gördükdə "təkbir" demək müstəhəbdir. Əgər imkan olsa, Seyid İbn Tavusun "İqbalul-ə'mal" kitabında qeyd etdiyi geniş duanı oxu.
2. Məhərrəm ayının birinci gecəsində yüz rəkət namaz qıl: hər rəkətdə Fatihəİxlas surələrini oxu, hər iki rəkətdən sonra namazın salamını de. Hədislərin birində Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bu namazları qılsa və məhərrəm ayının birinci günü oruc tutsa, il boyu davamlı olaraq xeyirli iş görən kəs kimi olar və gələn ilədək fitnələrdən amanda qalar. Əgər ölərsə, Cənnətə daxil olar."
3. Həzrət Peyğəmbərin (s) buyurduğu başqa bir hədisə istinadən, məhərrəm ayının birinci gecəsi iki rəkət namaz qıl: birinci rəkətdə Fatihədən sonra "Ənam" surəsini, ikinci rəkətdə Fatihədən sonra
Bu namazlardan əlavə, "Hər ay üçün ümumi əməllər"də qeyd etdiyimiz hər ayın birinci günü qılınan namaz da vardır.