EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ƏRBƏİN GÜNÜ
Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir. Şeyx Tusi İmam Həsən Əskərinin (ə) belə buyurduğunu nəql edir: "Möminin beş nişanəsi var: əlli bir rəkət namaz (on yeddi rəkət vacib və otuz dörd rəkət nafilə namazları) qılmaq, Ərbəin ziyarətini yerinə yetirmək, sağ ələ üzük taxmaq, səcdə edərkən alnı torpaq üstünə qoymaq, namazda "Bismilləhir-Rahmənir-Rahim"i ucadan demək."
Bu gün İmam Sadiqdən (ə) nəql olunan "Ərbəin ziyarəti"ni oxumaq tövsiyə olunur.