EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
XƏSTƏLİKLƏRİN ŞƏFASI ÜÇÜN DUALAR
1. İmam Sadiq (ə) buyurur: Bütün xəstəliklər üçün bu duanı oxuya bilərsiniz:
بِسْمِ اللهِ وَ بِاللهِ‏
كَمْ مِنْ نِعْمَةٍ للهِ
فِىْ عِرْقِ سَاكِنُ وَ غَيْرَ سَاكِنُ
عَلٰى عَبْدٍ شَاكِرٍ وَ غَيْرَ شَاكِرٍ۔
2. Hər vacib bir namazı qıldıqdan sonra sağ əlinizlə saqqalınızı tutub aşağıdakı duanı üç dəfə təkrar edin:
اَللّٰهُمَّ فَرِّجْ عَنِّىْ كُرْبَتِىْ‏
وَ عَجِّلْ عَافِيْتِىْ
وَ اكْشِفْ ضُرِّىْ۔
Bu duanı göz yaşı və ağlama ilə eləyin.
3. İmam Sadiq (Ə) buyurur: Əlinizi ağrıyan yerə qoyun və bunu deyin:
بِسْمِ اللهِ وَ بِاللهِ
وَ مُحَمَّدٌ رَّسُوْلُ اللهِ
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ
اَللّٰهُمَّ امْسَحْ عَنِّىْ مَا اَجِدُ۔
Sonra sağ əlinizi ağrıyan yerə üç dəfə çəkin.
4. İmam Baqir (ə) buyurub: "Əmirəl-möminin Əli (ə) xəstələnmişdi. Rəsulallah (s) ona baş çəkdi və buyurdu: "(Xəstəliyinin şəfası üçün) bu duanı oxu:""
اَللّٰهُمَّ اِنِّىۤ اَسْاَلُكَ تَعْجِيْلَ عَافِيَّتِكَ
وَ صَبْرًا عَلٰى بَلِيَّتِكَ
وَ خُرُوْجًا اِلٰى رَحْمَتِكَ۔‏
5. İmam Sadiq (ə) buyurub: "Əlini ağrıyan yerinə qoy və üç dəfə de:
اَللّٰهُمَّ اِنِّىۤ اَسْاَلُكَ بِحَقِّ الْقُرْاٰنِ الْعَظِيْمِ
اَلَّذِىْ نَزَلَ بِهِ الرُّوْحُ الْاَمِيْنُ
وَ هُوَ عِنْدَكَ فِىْ‏ اُمِّ الْكِتَابِ عَلِىٌّ حَكِيْمٌ
اَنْ تَشْفِيَنِىْ بِشِفَاۤئِكَ
وَ تُدَاوِيَنِىْ بِدَاوَاۤئِكَ
وَ تُعَافِيَنِىْ مِنْ بَلَاۤئِكَ
وَ تُصَلِّيَ عَلٰي مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
6. Əbu Həmzə nəql edir: "Mənim dizim ağrımağa başlamışdı. İmam Baqirin (ə) yanına gedib xəstəliyimi ona dedim. İmam Baqir (ə) mənə buyurdu: "Namazdan sonra de:""
يَاۤ اَجْوَدَ مَنْ اَعْطٰى
وَ يَا خَيْرَ مَنْ سُئِلَ
وَ يَاۤ اَرْحَمَ‏ مَنِ اسْتُرْحِمَ
اِرْحَمْ ضَعْفِىْ وَ قِلَّةَ حِيْلَتِىْ
وَ اَعْفِنِىْ مِنْ وَجَعِىْ۔
Əbu Həmzə deyir: "Mən bu əməli yerinə yetirdim və bu xəstəliyim şəfa tapdı."