EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HADİ (Ə) VƏ İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ZİYARƏTİNİN FƏZİLƏTİ
Heç şübhəsiz, bu iki İmamı (ə) ziyarət etməyin fəziləti o biri İmamların ziyarətinin fəzilətindən az deyildir. Necə ki, İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim İmamlardan (ə) hər birini ziyarət edərsə, Rəsulallahı (s) ziyarət etmiş kimidir."
Yenə də İmam Sadiq (ə) buyurub: "Hər kim itaəti vacib olan İmamı (ə) ziyarət etsə və onun yanında dörd rəkət namaz qılsa, ona bir həcc və bir ümrənin savabı yazılar."
Şeyx Tusi nəql edir ki, Əbu Haşim Cəfəri İmam Həsən Əskərinin (ə) belə buyurduğunu nəql edir: "Mənim "Surrun mən rəa"da (Samirra şəhəri) yerləşən qəbrim hər iki dəstə üçün (bəlalardan və ilahi əzabdan) amandır." (Hədisdə vurğulanan "iki dəstə" oranın əhalisi olan şiə və əhli-sünnədir.) Deməli, o həzrətin qəbrinin bərəkəti hamıya şamildir, necə ki, İmam Musa ibn Cəfərin (ə) qəbrinin bərəkəti bütün Bağdad əhalisinə şamildir və onlar üçün aman yeridir.