ZİL-QƏDƏNİN AXIRINCI GÜNÜ
İmam Məhəmməd Təqinin (ə) vəfat günüdür (hicri-qəməri 22-ci il). Mötəsim Abbasi onu Bağdadda zəhərləyib öldürtdü. O həzrətin cəmi iyirmi beş yaşı var idi. Onun pak cənazəsini Bağdad yaxınlığında yerləşən Kazimeyn şəhərinə gətirib babası İmam Musa Kazimin (ə) kənarında dəfn etdilər. Bu şəhərin Kazimeyn adlanmasının da səbəbi elə budur (əvvəllər bu şəhər "Qureyş qəbirləri" adlanarmış).
Hədislərin birində o həzrət buyurub: "Mən Məmunun ölümündən otuz ay sonra rahatlığa çıxacağam."
O həzrət bu hədisdə Məmunun ölümündən iki il yarım sonra şəhid ediləcəyinə işarə etmişdir. Həmçinin, o, Bəni-Abbas hökuməti tərəfindən nə qədər təzyiq altında olduğunu çatdırmaq istəmişdir.